"Zirə"nin Avropada "at oynadan" rəqibi

"Zirə"nin Avropada "at oynadan" rəqibi
17:47 19 İyun 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, debütant bu mərhələdə Lüksemburqun "Differdanj" klubu ilə qarşılaşacaq.


"Differdanj" klubu 2003-cü ildə Lüksemburqun cənub-qərbindəki eyniadlı şəhərin iki klubunun - "FA Red Boys Differdanj" və "AS Differdanj"ın birləşməsindən yaranıb.  "FA Red Boys Differdanj" həmin vaxt 2-ci, "AS Differdanj" 3-cü liqada çıxış edirdi. Yeni yaranan klub "FA Red Boys Differdanj"ın 2-ci liqadakı yerini tutaraq mübarizəyə başlayıb və iki mövsüm sonra çempion olaraq güclülər dəstəsinə yüksəlib. 


"Differdanj" "FA Red Boys Differdanj"ın varisi olduğundan onun bütün uğurlarının sahibidi. Bu səbəbdən komanda Lüksemburq Kubokunun rekordçusu hesab olunur. "FA Red Boys Differdanj" 15, "Differdanj" özü isə 4 dəfə kuboka sahib çıxıb. "FA Red Boys Differdanj" 1980-cı ildə həmin vaxtı Avropa Kuboku adlanan indiki Çempionlar Liqasında, 1973, 19823 və 1986-cı illərdə artıq tarixin arxivinə qovuşmuş Kuboklar Kubokuna, 1975, 1977, 1978, 1981, 1982 və 1985-ci illərdə UEFA Kubokuna (indiki Avroliqa) qatılıb. 


Komanda "Differdanj" adlanmağa başlayandan sonra ilk dəfə 2007-ci ildə İntertoto Kubokuna vəsiqə qazanıb və ilk mərhələdə mübarizəni dayandırıb. 2009-cu ildən etibarən ardıcıl 9-cu dəfə Avropa Liqasına vəsiqə qazanan komanda 2011/12 mövsümündə mübarizəyə II təsnifat mərhələsindən başlayaraq iki mərhələ keçib və "pley-off"da PSJ-yə uduzub. 2013/14 mövsümündə I təsnifat mərhələsindən yarışa qoşulan "Zirə"nin rəqibi yenə iki mərhələ keçib və III təsnifat mərhələsində "Tromse"yə uduzub. "Differdanj" 2012/13 və 2015/16 mövsümündə bir mərhələ adlaya bilib. "Zirə"nin rəqibi birinci halda "Gent", ikinci dəfə "Trabzonspor" səddinə ilişib.


Komanda ev oyunlarını 2400 nəfərlik "Thillenberg" stadionunda keçirir. "Differdanj"ın heyətində Fransadan 6, Belçika, Tunis, Mərakeş və Qvadalupedən bir legioner çıxış edir.


Komandanın baş məşqçisi fransalı mütəxəssis Paskal Karzanigadı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquotnin-avropada-quotat-oynadanquot-rqibi-t58785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR