Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır

Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır
17:49 19 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən ( DİM ) Lent.az-a verilən məlumata görə, ixtisaslaşma seçiminə iyunun 9-dan start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək.

 

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR