ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək
17:52 19 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar.
"Report" xəbər verir ki, bəyanatda vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-yaxin-zamanlarda-azerbaycan-ve-ermenistan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR