Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb
18:02 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, audit yoxlaması zamanı cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.
Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bilesuvar-kend-teserrufati-i-stehsalat-muessisesinin-fealiyyetinde-noqsanlar-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR