Minsk qrupundan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Minsk qrupundan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
18:12 19 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland ATƏt sədrinin Şəxsi nümayəndəsi Ancey Kaspşiklə birgə iyun ayında regiona səfər edib. Səfərin əsas məqsədi aprelin 28-i Moskvada baş tutmuş nazirlər səviyyəsində üçtərəfli görüşdən sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində mövqeyini müzakirə etməkdən ibarət idi.

Həmsədrlər iyunun Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, iyunun 19-u Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan başqa onlar hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr keçirib. Bakıda onlar həmçinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/555753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR