Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar
18:13 19 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Apa-nın məlumatına görə, bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutumuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakir etmək olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR