Bakıda “Milli Kino Günləri” keçirilir

Bakıda “Milli Kino Günləri” keçirilir
18:52 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda “Milli Kino Günləri” keçirilir. 
Bu barədə "Report"a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə keçirilir.
“Milli Kino Günləri” çərçivəsində nümayiş olunan filmlərin seanslarını təqdim edirik:
21 iyun, saat 12:30 – “İçəri Şəhər” filmi
23 iyun, saat 12:30 – “Qatil” filmi
26 iyun, saat 12:30 – “Xeyirlə Şərin rəqsi” filmi
28 iyun, saat 12:30 – “Yaddaş”
30 iyun, saat 12:30 – “Nabat” filmi
3 iyul, saat 12:30 – “Niyyət” filmi
5 iyul, saat 12:30 – “Buta” filmi
7 iyul, saat 12:30 – “Yarımçıq xatirələr” filmi
10 iyul, saat 12:30 – “Axınla aşağı” filmi
12 iyul, saat 12:30 – “Dərs” filmi
14 iyul, saat 12:30 – “Qırmızı bağ” filmi

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-milli-kino-gunleri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR