Türkiyədə transfer bombası partlayır

Türkiyədə transfer bombası partlayır
19:07 19 İyun 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə transferin ən fəal klubu olan "Trabzonspor" yayın ən səs-küylü keçidinə imza atmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, 50-ci ilində çempionluğu hədəfləyən Qara dəniz klubu Mario Balotellini transfer siyahısına salıb.


"Nitsa" ilə müqaviləsi başa çatan italiyalı ulduz menecerlər tərəfindən "Trabzonspor"a təklif olunub. İddialı heyət qurmaq istəyən rəhbərlik artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. "Trabzonspor" Mario Balotellinin tələb etdiyi maaşı mümkün qədər aşağı salmağa çalışır.


Bildirilir ki, italiyalı futbolçu 2 milyon avro imza haqqı və 3 milyon illik maaş istəyir. Klub rəhbərliyi isə maaşı mümkün qədər aşağı salmaq niyyətindədi. Hazırda danışıqlar davam edir.


Qeyd edək ki, Mario Balotelli transferinə ən çox pul xərclənən futbolçulardan biridi. Belə ki, 2006-cı ildə İtaliyanın "Lumezzane" klubundan "İnter"in U-19 komandasına 360 min avroya transfer olunub. Milan klubu 2010-cu ildə onu "Mançester Siti"yə 29,5 milyon avroya satıb. 3 il sonra 20 milyon avroya "Milan"a keçən Qana əsilli futbolçu cəmi 1 il sonra eyni qimyətə "Liverpul"a transfer olunub. "Nitsa"nın transfer haqqı ödəmədən heyətinə qatdığı Mario Balotelliyə hazırda "Transfermarkt" 15 milyon avro qiymət qoyub. "İnter", "Mançester Siti", "Milan" və "Liverpul" birlikdə onun transferinə 69 milyon 860 min avro sərf edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiyd-transfer-bombas-partlayr-t58787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR