"İlk matçın evdə olması bizim üçün üstünlükdür" - Ayxan Abbasov

"İlk matçın evdə olması bizim üçün üstünlükdür" - Ayxan Abbasov
19:12 19 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Differdanj" ölkəsinin ən güclü 2 klubundan biridir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.

İlk dəfə Avropa Liqasında iştirak edəcək paytaxt təmsilçisi I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubu ilə üz-üzə gələcək.
 
"Zirə"nin çalışdırıcısı Abbasov klubun Facebook səhifəsinə açıqlamasında püşkü dəyərləndirib: "Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk matçın evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki görüşdə yaxşı oynayıb turu keçək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR