"İnter"in rəqibi püşkdən razı qalıb

"İnter"in rəqibi püşkdən razı qalıb
19:37 19 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter”i ilə üz-üzə gələcək "Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç püşkü dəyərləndirib. Fanat.Az xəbər verir ki, mütəxəssis püşkdən razı qaldığını vurğulayıb. 

 

Ölkəsinin mətbuatına açıqlama verən Milovanoviç püşkün nəticəsindən narazı olmadığını bildirib: "Digər potensial rəqiblərimizi nəzərə alaraq, püşkdən razıyam. Ümidlənməyə haqqımız var. "Mladost” özünü göstərməlidi”.


Milovanoviç futbolçularının "İnter”lə oyunlarda əllərindən gələni edəcəklərini bildirib: "Onu deyə bilərəm ki, komandamız mərhələ adlamaq üçün maksimum gücünü göstərəcək. Klubumuzu və Serbiya futbolunu dünyada layiqincə təmsil etmək istəyirik. Bunun üçün gücümüzün yetərli olub-olmadığını görəcəyik”.

 

Qeyd edək ki, "Mladost” və "İnter” arasındakı ilk görüş iyunun 29-da Serbiyada, cavab matçı isə iyulun 6-da Azərbaycanda keçiriləcək.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-rqibi-pukdn-raz-qalb-t58789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR