Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açılıb

Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açılıb
20:43 19 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkının açılış mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində Kiyev şəhər Peçerski rayon Administrasiyasının başçısı Sergey Martinçuk çıxış edərək belə bir gözəl və yaraşıqlı istirahət guşəsinin şəhər sakinlərinin ixtiyarına verilməsinin tarixi hadisə olduğunu qeyd edib. S.Martinçuk vurğulayıb ki, şəhərin mərkəzi ərazilərindən birində yerli sakinlərin xoş və mənalı istirahəti üçün istifadəyə verilən park Azərbaycan-Ukrayna dostluğunun bariz nümunəsidir.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev iki ölkə arasındakı dostluq əlaqələrindən danışaraq belə bir parkın açılmasının xalqlarımız arasında mədəni körpü rolunu oynayacağını bildirib. Səfir gələcəkdə bu parkda Azərbaycanın və Ukraynanın görkəmli şəxsiyyətlərinin büstlərinin ucaldılacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən müstəqil Azərbaycanın xarici ölkələrdə, o cümlədən Ukraynada uğurlu sosial, mədəni layihələr həyata keçirdiyini bildirib. Ukraynalı deputat Kiyev şəhərinin mərkəzində yeni istirahət parkının istifadəyə verilməsini buna bariz nümunə kimi dəyərləndirib.

Çıxışlardan sonra parkda Azərbaycan və Ukrayna dostluğunu əks etdirən ağac əkilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR