Saakaşvilini yumurta atəşinə tutdular - VİDEO

Saakaşvilini yumurta atəşinə tutdular - VİDEO
20:52 19 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili yumurta hücumuna məruz qalıb.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, hadisə Krivoy Roq şəhərində Mixeil Saakaşvili yerli sakinlərlə söhbət edən zaman baş verib.

Keçmiş qubernator bu barədə Facebook-da yazıb. O, qeyd edib ki,  şəhərə veriliş üçün məlumat toplamaq üçün gəlib. Onun sözlərinə yumurta atan şəxs "tituşkadır" (Ukraynada Avromaydana qarşı çıxan şəxslər).
 
Naməlum şəxs ona yumurta və kimyəvi maddə atıb. Saakaşvili yumurtadan yayına bilib. Hücum edən şəxsi yerli sakinlər döyərək hadisə yerindən uzaqlaşdırıblar. Daha sonra polis onu həbs edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Saakaşvilini yumurta atəşinə tutdular

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR