Şəmkirdə evdən 2 kiloqram narkotik çıxdı

Şəmkirdə evdən 2 kiloqram narkotik çıxdı
20:53 19 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb.

Onun evinə baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb.

Bundan başqa, Eldəniz Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb.

Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR