İlanlarla yaşayan məcburi köçkünlər: "Beşikdəki körpəmin başının üstündə idi" - VİDEO - FOTO

İlanlarla yaşayan məcburi köçkünlər: "Beşikdəki körpəmin başının üstündə idi" - VİDEO - FOTO
20:57 19 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdəki məcburi köçkünlərin məskunlaşdığı ərazi ilanların hücumuna məruz qalıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ilanlar həmin ərazini mühasirəyə alıb. Səmərqənd Əhmədova deyir ki, iki gün öncə qonşulardan biri beşikdə yatan körpəsinin başı üzərində ilan görüb. Həmin vaxt körpənin valideyni əlindəki dəyənəklə ilanı öldürüb. 

Sakin: "Yemək yedik, boşqabları götürüb qapıdan çıxanda mənimlə qarşılaşdı. Boşqabları vurdum yerə qaçdım,qışqıranda qonşu gəlib öldürdü. Hər yandan çıxırlar".

Ərazidə yaşayanlar bildirir ki, bu il ilan və əqrəblər daha çox aktivləşib. 

Sakin: "60 sm uzunluğunda olur. Baş barmaq boyda".

Mingəçevir şəhər Dezinfeksiya idarəsinin şöbə müdiri Zahid Məmmədov bildirir ki, həmin ərazilər 3 il öncə həmin ərazidə dezinfeksiya işləri görülüb. Hazırda isə dezinfeksiya işləri idarə ilə bağlanan müqaviləyə əsasən aparılır. O, bildirir ki, həmin ərazilərdə ilan yayılmasından xəbərsizdirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlanlarla yaşayan məcburi köçkünlər: "Beşikdəki körpəmin başının üstündə idi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR