“Samtredia”nın üstünlüyü odur ki...” - Rəşad Sadıqov

“Samtredia”nın üstünlüyü odur ki...” -   Rəşad Sadıqov
22:07 19 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

“Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

 

Bugünkü püşkün nəticəsi barəsində klub saytına açıqlama verın kapitan rəqibi şərh edib: “Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib, daha yaxından tanımağa çalışacağıq. Şansları bərabər dəyərləndirirəm. Cavab oyununun səfərdə olması isə rəqib üçün üstünlükdü. “Samtredia”nın daha bir üstünlüyü odu ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdı. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-samtrediann-ustunluyu-odur-ki-t58795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR