Xarizmatik və nümunəvi məşhur ataların övladları ilə FOTOLARI

Xarizmatik və nümunəvi məşhur ataların övladları ilə FOTOLARI
22:17 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Atalar Günü" ilk dəfə 1910-cu ildə ABŞ-da qeyd olunub. 1972-ci ildən isə hər il iyun ayının 3-cü bazar günü rəsmi olaraq "Atalar Günü" kimi qeyd olunur.

"Atalar Günü" amerikalı bir əsgərin qızı Sonra Smart Doddun təşəbbüsü ilə keçirilməyə başlanılıb. O, "Analar Günü" olduğu kimi "Atalar Günü"nün də qeyd olunmasını təklif edib. Məsələ ondadır ki, Doddun atası 6 uşağını təkbaşına böyüdüb. Atasına hədsiz bağlı olan Dodd onun xatirəsini əbədiləşdirmək üçün belə bir addım atmaq qərarına gəlib. "Atalar Günü" ilk dəfə 1910-cu ildə Vaşinqtonun Spokane şəhərində qeyd olunub. 1972-ci ildən isə prezident Riçard Nikson ABŞ-da hər il iyun ayının 3-cü bazar gününün rəsmi olaraq "Atalar Günü" kimi qeyd olunmasını təsdiqləyib.

Milli.Az bildirir ki, publika.az dünya mətbuatında daim diqqət çəkən xarizmatik və nümunəvi məşhur atalarını seçib. Onlar arasında Devid Bekhem, Eddi Mörfi, Antonio Banderas, Orlando Blum, Ben Aflek, Halit Ergenç, Bred Pitt və Mayk Taysonun, həmçinin müğənni Miri Yusif, Murad Arif, reper Elmir Məhərrəmov, idmançı Pərviz Abdullayev kimi yerli məşhuların övladları ilə fotoları yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR