Fransa hökuməti istefaya göndərildi

Fransa hökuməti istefaya göndərildi
22:58 19 İyun 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

Publika.az xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.

Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR