Kosmosda ölkə yaradılır -

Kosmosda Asgardia adlı ölkənin qurulması üçün ilk addımlar atılır.

Metbuat.az bildirir ki, artıq onlayn şəkildə, kosmosda yaradılması gözlənilən ilk ölkədə yaşamaq istəyənlərin qeydiyyatına başlanılıb.

Asgardianın saytında yer alan xəbərə görə, indiyə kimi 31 853 nəfər Çin vətəndaşı kosmosda yaşamaq üçün qeydiyyatdan keçib. İkinci yerdə 29 082 istəklə Türkiyə vətəndaşları yer alıb.

Qeyd edək ki, Asgardianın planları barədə ictimaiyyətə ilk dəfə Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə məlumat verilmişdi. Asgardianın əsas yaradılma məqsədi yer səthini meteorlardan və digər təhlükələrdən qorumaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR