Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb

Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb
05:07 20 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Bazar ertəsi Meksikanın Nuevo-Leon ştatında yerləşən böyük "Topo-Çiko" həbsxanasında iğtişaşla nəticələnən kütləvi etiraz aksiyası baş verib.
"Report"un xəbərinə görə, qiyama islah müəssisəsinin de-fakto bu yaxınlarda ora gəlmiş xüsusi təhlükəli cinayətkarın nəzarətinə keçəcəyi ilə bağlı yayılan şayiələr səbəb olub.
Regionun təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Aldo Suasua bildirib ki, qiyam və iğtişaşlarda 3 minə yaxın məhbus iştirak edib.
İğtişaş yatırılan zaman hüquq-mühafizə orqanları tərəfindən gözyaşardıcı qaz tətbiq olunub. İki məhbusun travma aldığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksika-hebsxanasinda-3-min-dustaq-qiyam-qaldirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR