Bakıda sərxoş oğul atasını döyərək ona ağır xəsarət yetirib

Bakıda sərxoş oğul atasını döyərək ona ağır xəsarət yetirib
05:42 20 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının Ramana qəsəbəsində sərxoş oğul atasını döyərək ona xəsarət yetirib.
"Report"un xəbərinə görə, fərdi yaşayış evində Hüseynzadə Tağı atası, 57 yaşlı Hüseynzadə Azər Tağı oğlu ilə əlbəyaxa mübahisə edib. Nəticədə A.Hüseynzadə döyülərək ağır xəsarət alıb. O , xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxs polislərə ilkin ifadəsində oğlunun içki qəbul etdikdən sonra onu dəfələrlə döydüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-serxos-ogul-atasini-doyerek-ona-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR