Venesuelada etiraz aksiyaları zamanı 27 nəfər xəsarət alıb

Venesuelada etiraz aksiyaları zamanı 27 nəfər xəsarət alıb
06:15 20 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Venesuelanın paytaxtının Altmira rayonunda etiraz aksiyası zamanı 27 nəfər xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço deyib.

O, həmçinin aksiya zamanı 17 yaşlı nümayişçinin ölümünüdə təsdiq edib.

Məlumata əsasən, xəsarət alanların 4-ü odlu silahdan yaralanıb və hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Venesuelada artıq 3 aydır kütləvi etiraz aksiyaları keçirilir. Bu müddət ərzində aksiyalarda 1,3 mindən artıq insan xəsarət alıb və 70 nəfər həlak olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2768386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR