Yanacaqdoldurma məntəqəsində partlayış - 2 ölü, 8 yaralı

Yanacaqdoldurma məntəqəsində partlayış - 2 ölü, 8 yaralı
07:29 20 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.

 

Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin versiyaya görə, partlayışa stansiyanın yeraltı çənindən qaz sızması səbəb olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR