Mobil internetə gündə 1 milyon nəfər qoşulur

Mobil internetə gündə 1 milyon nəfər qoşulur
08:17 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin birinci rübündə mobil rabitə şəbəkəsində 107 milyon yeni qoşulma qeydə alınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onların ümumi sayı 7,7 milyard təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 4 faiz çoxdur. Bu barədə araşdırma aparan mütəxəssislər tərəfindən hazırlanmış nəticələrdə göstərilib.

Ən çox qoşulma Hindistanda qeydə alınıb. Bu ölkədə ümumdünya şəbəkəsinə 43 milyon insan qoşulub. Belə bir nailiyyəti mütəxəssislər onunla izah edirlər ki, yerli mobil rabitə şirkəti istifadəçilərə video rabitə üzrə pulsuz zənglər və pulsuz məlumat ötürülməsini təqdim edib.

Sonrakı yeri Çin tutur. Burada şəbəkəyə 24 milyon yeni istifadəçi qoşulub.
 
Daha sonra İndoneziya - 10 milyon, Pakistan - 5 milyon və Nigeriya - 3 milyon yeni qoşulma ilə bölüşdürürlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/555397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR