“Surface Laptop” noutbuku hazırlanıb

“Surface Laptop” noutbuku hazırlanıb
08:32 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti "Windows 10 S" sistemi ilə işləyən "Surface Laptop" noutbukunu təqdim edib. Sözügedən noutbuka "Windows 10 Pro" sistemini pulsuz quraşdırmaq mümkündür. "Intel Core i5" və ya "i7" prosessoru ilə təchiz edilmiş versiya əlçatandır. Əməli yaddaşın tutumu 16 QB, daxili yaddaş isə 512 QB-dır. Ekranın ölçüsü 13,5 düymdür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "USB 3.0", "Mini DisplayPort" və standart qulaqcıqlar üçün konnektor noutbukun sol tərəfində yerləşir. "SD" kart və "USB-C" üçün slot mövcud deyil. Noutbuk qızılı, gümüşü, göy və tünd qırmızı rənglərdə əlçatandır. Çəkisi 1,25 kq-dır. Beləliklə, 13 düymlük "MacBook Air"dən yüngül və daha nazikdir.

"Surface Laptop" noutbuku 2256x1504 təsvir ölçülü "PixelSense" adlı sensor ekranla təchiz edilib. Ekran "Gorilla Glass 3" adlı qoruyucu şüşə ilə qorunur. Kompüterin çərçivəsi çox nazikdir.

Noutbukun korpusu alüminiumdan hazırlanıb və klaviaturanın ətrafındakı səth xüsusi materialdan işlənib.

"Windows 10 S" əməliyyat sistemi yalnız "Windows Store" mağazasındakı proqramları dəstəkləyir. Bu sistemin istifadəçiləri "Chrome" brauzerini və ya "Adobe Creative Cloud"dan proqram quraşdıra bilməzlər. Lakin sözügedən sistem enerjiyə qənaət edir və "Microsoft"un məlumatına görə, daha yaxşı təhlükəsizlik sisteminə malikdir.

İstifadəçilər, həmçinin "Surface Pen"i satın ala bilərlər. Noutbuk 14,5 saatadək avtonom işləyir. 128, 256 və 512 QB-lıq daxili yaddaş, həmçinin 4, 8 və ya 16 QB-lıq əməli yaddaşa malik versiyalar əlçatandır. Standart modelin qiyməti 999 dollardır. "Intel Core i7" ilə təchiz edilmiş model üçün 1599 dollar ödəmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR