Google 1 milyard avro cərimələnə bilər

Google 1 milyard avro cərimələnə bilər
08:37 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Google" şirkəti axtarış sistemləri bazarındakı aparıcı mövqelərindən sui-istifadə etdiyinə görə Avropa İttifaqının antiinhisar qurumları tərəfindən 1 milyard avro məbləğində cərimə oluna bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cərimə qərarını Avropa İttifaqının antiinhisar qurumları yaxın həftələrdə qəbul edəcəklər.
 
Şirkət "Google Shopping" xidməti ilə işlədiyi zaman tutduğu aparıcı mövqedən sui-istifadədə günahlandırılır. Avropa Komissiyası və "Google" şirkəti isə bununla bağlı heç bir şərh verməyiblər.

Bu, antiinhisar sahəsində ən böyük cərimə məbləği ola və 2009-cu ildə çip istehsalçısı "İntel" şirkətinin üzərinə qoyulmuş 1 milyard avro həcmində olan cərimə məbləğini də üstələyə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR