Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub

Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub
08:37 20 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-qardas-qardasa-9-bicaq-zerbesi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR