Xəzər Universitetinin qarşısında piyadanı maşın vurub

Xəzər Universitetinin qarşısında piyadanı maşın vurub
08:42 20 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda 35 yaşlı kişini avtomobil vurub.
"Report"un xəbərinə görə, 35 yaşlı Hüseynov Hüseyn Rəfael oğlu Xəzər Universitetinin qarşısında yolu keçmək istəyərkən "Qaz-3110" markalı avtomobil onu vurub.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xezer-universitetinin-qarsisinda-piyadani-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR