AZAL Pekin-Bakı aviareysini yerinə yetirə bilməyib

AZAL Pekin-Bakı aviareysini yerinə yetirə bilməyib
09:02 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun, REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi ötən gün Pekindən Bakıya uçarkən texniki səbəbdən Şoudu hava limanına geri qayıtmalı olub.
“Report” xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, "Boeing 767" markalı hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-pekin-baki-aviareysini-yerine-yetire-bilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR