Su əvəzinə sirkə turşusu içdi - Şəkidə

Su əvəzinə sirkə turşusu içdi - Şəkidə
09:09 20 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 31 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

 

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 03.00 radələrində rayonun Bolludərə kənd sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Əli qızı Salamova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, yaşadığı ünvanda turşu tutan zaman bilmədən su əvəzinə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR