“Samtredia”nın baş məşqçisi: “Qarabağ”ın zəif cəhətlərindən yararlanmağa çalışacağıq”

“Samtredia”nın baş məşqçisi: “Qarabağ”ın zəif cəhətlərindən yararlanmağa çalışacağıq”
09:42 20 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ “Potensial rəqiblərimiz arasında güclüsü ilə düşdük. Onların hamısı yüksək səviyyəli komandalar idi. Lakin “Zalsburq”un arzuolunmaz rəqib olduğunu düşünürəm. “Qarabağ” böyük təcrübəyə malikdir. Çətin oyun olacaq”.
“Report”un məlumatına görə bunu Gürcüstanın "Samtredia" komandasının baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü worldsport.ge saytına dəyərləndirərkən söyləyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, “Qarabağ”ın zəif cəhətlərindən yararlanmağa çalışacaqlar. O, ötən mövsümlə müqayisədə, “Samtredia”nın dəyişdiyini vurğulayıb: “Hər bir komandanın zəif cəhətləri var, “Qarabağ” da istisna deyil. Rəqibin zəif cəhətlərindən yararlanmağa çalışacağıq. Ötən mövsüm Azərbaycan klubu ilə oyun təcrübəsi qazanmışıq. Lakin bu, artıq həmin “Samtredia” deyil, bir çox futbolçular dəyişib. Yeni oyunçular gələndə bizim oyun tərzimizə və fəlsəfəmizə uyğunlaşır. Komandamızın növbəti mərhələyə vəsiqə qazanmaq baxımından böyük şansı var.
Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasındakı ilk oyun 11-12 iyulda Bakıda, cavab görüşü bir həftə sonra Gürcüstanda keçiriləcək. Gürcüstan çempionu ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə rəqib olub və iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb (5:1, 1:2). 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samtredia-nin-bas-mesqcisi-qarabag-in-zeif-cehetlerinden-yararlanmaga-calisacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR