Biləsuvarda yaşayış evi yandı

Biləsuvar rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Amankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, 2 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR