ABŞ səfirliyinin maşını qəzaya düşdü - BAKIDA

ABŞ səfirliyinin maşını qəzaya düşdü - BAKIDA
10:14 20 İyun 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

 

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

 

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

 

Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR