ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü
10:27 20 İyun 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus "Ford" markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/555861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR