Ciddi xəstəliyiniz olub olmadığını yoxlayın

Bütün pəhrizlərə rəğmən çəki ata bilmirsinizsə və qarın bölgənizdə şişkinlik hiss edirsinizsə, bağırsaqlarınızda ciddi problem ola bilər.

Metbuat.az xəbər verir ki, bağırsaqlarda meydana gələn kandida göbələyi bir parça yemək yediyiniz halda qarnınızda şişkinlik olmasına, çəki atmaq probleminə, lifli qidalar istifadə etdiyiniz halda qəbizliyə səbəb olur. Bu göbələk müəyyən vaxtdan sonra bağırsaq florasını pozur.

Kandida göbələkləri qidalardan aldığınız süfrə şəkəri ilə emal edilmiş məhsulları və unlu məmulatları “Asetaldehid” və “Karbondioksid”ə çevirir. “Asetaldehid” həm qaraciyər, həm də göbələk tərəfindən etil alkoqola çevrilir. "Karbondioksid"in təsiri ilə qarnınızda şişkinlik və sərtlik əmələ gəlir. Bu zərərli göbələk növünün sizdə olub-olmadığını yoxlamaq üçün təqdim edəcəyimiz testi hər səhər edə bilərsiniz:

İstifadə etmədiyiniz qabın və ya stəkanın içərisinə su qoyun. Daha sonra ac qarna suyun içərisinə tüpürün, 15 dəqiqə ərzində sudakı dəyişiklikləri izləyin. Əgər tüpürcəyiniz suyun üstündə qalırsa, sağlam bir bağırsaq florasına sahibsiniz. Dibə çökürsə və ya saçaqlanmış şəkildə dağılırsa, bağırsaq floranızda problem var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR