ABŞ Konqresində ölkə vətəndaşlarına Şimali Koreyaya səfər etməyə qadağa qoymaq təklif olunub

ABŞ Konqresində ölkə vətəndaşlarına Şimali Koreyaya səfər etməyə qadağa qoymaq təklif olunub
10:32 20 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys Vaşinqtonun Şimali Koreyaya turistik səyahətlərə qadağa tətbiq etməsinin zəruri olduğunu hesab edir.
"Report" xəbər verir ki, bu barədə Komitənin bəyanatında bildirilir.
"Fikrim və dualarım Uormbierin ailəsi ilədir. Son 18 ay ərzində onlar inanılmaz acı və əzab yaşayıblar. Sadəcə ona görə ki, guya oğulları Pxenyanda hoteldə divardan plakatı çıxarıb. Ümid edirəm ki, onlar bir gün bu mənasız ölümü unuda və daxili sakitlik tapa biləcəklər", - Ed Roys bildirib.
Daha əvvəl məlumat verdiyimiz kimi, Virciniya Universitetinin tələbəsi olan Otto Uormbier uzun müddət Şimali Koreyada həbsdə qaldıqdan sonra ötən həftə koma vəziyyətində evə qaytarılıb. O, iyunun 19-da ABŞ-da vəfat edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-konqresinde-olke-vetendaslarina-simali-koreyaya-sefere-etmeye-qadaga-qoymaq-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR