Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur"

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur"
10:32 20 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ “Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb. Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir".
Bunu "Report"un sorgusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. 
"Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.
Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxramqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”, -deyə Müdafiə Nazirliyindən bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-mudafie-nazirliyi-ermenistan-terefi-kagiz-uzerinde-qehremanliqla-mesguldur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR