Bakıda gərginlik - 100-lərlə insan küçədə qaldı - FOTO

Bakıda gərginlik - 100-lərlə insan küçədə qaldı - FOTO
10:37 20 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər "Bakı kart" və "Milli ön" 100-lərlə insanı piyada qoyub.

Milli.Az xəbər verir ki, "Şamaxinka" kimi tanınan ərazidən "20 yanvar" metro stansiyasına kimi dayanacaqlarda quraşdırılan "Bakı kart" terminalları işləməyib.

Ərazidə adıçəkilən terminallarla yanaşı "Milli ön" ödəmə terminalları da var, ancaq onlar da yararsız vəziyyətdədirlər. 

Sakinlər bildirirlər ki, bu problem artıq bir neçə gündür davam edir. Onların söylədiklərinə görə, terminallar səhər saatlarında, demək olar, işləmir, ancaq günün ikinci yarısından sonra işə salınır. 

Ceyhun Ələkbərov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR