7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı - FOTOLAR

7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı - FOTOLAR
10:44 20 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda əcnəbi idmançının velosipedi oğurlanıb. Lent.az xəbər verir ki, bu barədə həvəskar velosipedçi Rauf Zeyniyev sosial şəbəkə vasitəsi ilə məlumat verib. O bildirib ki, Valentin adlı velosipedçi 2 yoldaşı ilə bir ildir, Fransadan başlayıb Almaniya, Balkanlar, Yunanistan, Türkiyə, İraq, İran və Gürcüstandan keçib Bakıya gəlib.

 

Bir həftə əvvəl Bakıya çatan velosipedçilər buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyiblər. Lakin Bakıda olarkən naməlum şəxslər onların velosipedlərini oğurlayıb: “Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar” deyə R.Zeyniyev əlavə edib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR