Mariya Stadnik Azərbaycan əsgərinə məktub yazdı

Mariya Stadnik Azərbaycan əsgərinə məktub yazdı
10:47 20 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Güləşçi Mariya Stadnik Azərbaycan əsgərini məktub yazıb.


Fanat.Az xəbər verir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən bu sosial layihə çərçivəsində insanlara Azərbaycan əsgərinə məktub yazmaq, bununla da onların döyüş ruhunun qaldırılmasına dəstək olmaq imkanı yaradılıb. Sevindirici haldır ki, güləşçi Mariya Stadnik də bu layihəyə qoşulub.


Üç qat Olimpiya mükafatçısı Stadnik ürək sözlərini belə ifadə edib: 


“Azərbaycanın bütün hərbi qulluqçularına möhkəm can sağlığı arzulayıram. Vətənə sevgi, patriotizm göstərdiyinizə, ölkəmizi qoruduğunuza, bizə sülh və əmin-amanlıq bəxş etdiyinə görə minnətdaram. Allah sizi və yolunuzu gözləyən, sizi sevən ailənizi qorusun”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mariya-stadnik-azrbaycan-sgrin-mktub-yazd-t58797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR