ATƏT-in Minsk qrupu və Kaspşikin ofisinin maliyyələşdirilməsi üçün bu il ayrılan vəsaitin həcmi məlum olub

ATƏT-in Minsk qrupu və Kaspşikin ofisinin maliyyələşdirilməsi üçün bu il ayrılan vəsaitin həcmi məlum olub
10:47 20 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.
"Report" xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro təşkil edəcək.
Qeyd edək ki, ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 861 900 avro məbləğində vəsait ayırıb.
Xatırladaq ki, iyunun 1-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2017-ci il üçün büdcəsini təsdiq edib. 2017-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 138 982 600 avro olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupu-ve-kaspsikin-ofisinin-maliyyelesdirilmesi-ucun-bu-il-ayrilan-vesaitin-hecmi-mel

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR