Azərbaycanda bank müştərilərinin kredit hesabları yenidən artmağa başlayıb

Azərbaycanda bank müştərilərinin kredit hesabları yenidən artmağa başlayıb
10:47 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin kredit hesablarının sayı yenidən artaraq ilin əvvəlindəki göstəriciyə yaxınlaşıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Azərbaycanda bank müştərilərinin kredit hesabları cari il mayın 1-nə 2 302 805 ədədə çatıb. Bu da aylıq müqayisədə 64 398 ədəd və ya 2,88% artım, ilin əvvəlindən 1 780 ədəd və ya 0,08%, illik müqayisədə isə 488 961 ədəd və ya 17,51% azalma deməkdir.
Beləliklə, mayın 1-nə əsasən, müştəri hesablarının 14,7%-ni kredit hesabları, 2,5%-ni depozit hesabları və 82,7%-ni cari hesablar təşkil edib. Qeyd edək ki, cari ilin mayın 1-nə ölkədə bank müştərilərinin ümumi sayı 5 630 404 nəfər təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-bank-musterilerinin-kredit-hesablari-yeniden-artmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR