Ümumdünya Qaçqınlar Günü

20 iyun Ümumdünya Qaçqınlar Günüdür.

Metbuat.az xəbər verir ki, 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.

Qeyd edək ki, Azərbaycan dünyada qaçqın və məcburi köçkün sayına görə ilk sıralarda dayanır. Ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkün var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR