MN: "Düşmən çoxsaylı yaralıları məcbur qalaraq hər gün bir adla ortalığa çıxarır"

MN: "Düşmən çoxsaylı yaralıları məcbur qalaraq hər gün bir adla ortalığa çıxarır"
10:57 20 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfi kağız üzərində "qəhrəmanlıqla" məşğuldur.

Milli.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: "Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz, ümumiyyətlə, xidmət etmir".

Nazirlik bəyan edir ki, düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir:

"Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda "qəhrəman" kimi göstərmək istəyir.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/555876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR