Ən yaxşı ağrıkəsici tapıldı

İngiltərədə aparılan araşdırmaya görə, müsbət düşünərək bədəndə hiss edilən ağrıları azaltmaq mümkündür. Ağrının səbəb olduğu mənfi düşüncələrlə mübarizə aparan insanların 60 faizi daha az ağrı hiss edir.

Metbuat.az xəbər verir ki, Reading Universitetində aparılan araşdırmaya qatılan 21-38 yaş arası 34 qadın və kişini iki qrupa ayıran mütəxəssislər qruplardan birinə 5 dəqiqə ərzində Idrak Davranış Terapiyası tətbiq edərək ağrının səbəb olduğu mənfi düşüncələrlə mübarizə aparmağı öyrədib. İştirakçıların qollarına yanma hissi yaradan termal bantlar bağlayan araşdırmaçılar, iştirakçılardan hiss etdikləri ağrını dərəcələndirmələrini istəyib. Sınaq nəticəsində müsbət düşünməyi öyrənən iştirakçıların sınaqdan keçməyənlərlə nisbətdə 60 faiz daha az ağrı hiss etdiyi məlum olub.

Mütəxəssislər deyir ki, qidalarla da ağrılarınızdan xilas ola bilərsiniz.

Üzüm: Qara üzümdə olan “antosiyonin” və “kuersetin” ilə həm qara, həm ağ üzümün tərkibindəki “resveratrol” adlı maddələrin təbii ağrıkəsici təsirləri ilə bağlı elmi araşdırmalar mövcuddur.

Zəncəfil: Ağrıkəsici və iltihabəleyhinə təsirli vasitə olan zəncəfil 2010-cu ildə aparılan araşdırmaya görə, idmanla əlaqədar yaranan əzələ ağrılarını azaldır.

Sarıkök: Sarıkökə rəng verən “curcumin” adlı piqment ağrıkəsici və iltihab quruducu xüsusiyyəti ilə seçilir.

Balıq: Başda somon olmaqla yağlı balıqların ağrıları azaltdığı məlum olub. Həftədə 2-3 dəfə yemək yetərlidir.

Qoz: Çiy olaraq yeyildiyi zaman ağrı və iltihabı azaldır. Tərkibində bol miqdarda Omeqa- 3 yağ turşuları var.

Aysel Yaqubqızı / Metbuat.az

(Oruclu halda diş ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ)

(Başınız ağrıyanda dərman içirsinizsə, mütləq oxuyun! - HƏKİM MƏSLƏHƏTİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR