4 uşaq atasının müsəlmanlara qarşı vəhşiliyi - FOTO

4 uşaq atasının müsəlmanlara qarşı vəhşiliyi - FOTO
11:12 20 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə Londonda məsciddən çıxan müsəlmanlara qarşı vəhşilik törədilib. "Müsəlmanları öldürmək istəyirəm", - deyə qışqıran sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər hospitalda müalicə alır.

Milli.Az "Mirror"a istinadla bildirir ki, məscid yaxınlığındakı "The Finsbury Park"da terror aktı törədən şəxsin adı açıqlanıb. O, 47 yaşlı Darren Osborn olub. Onun haqqında yeni məlumatlar əldə edilib.

Əldə olunan məlumatlara görə, Darren 4 uşaq atasıdır. O, xanımından ayrıldıqdan sonra uzun müddət işsiz olub və çadırda yaşayıb.

Darrenin xanımının adı Saradır. Onun 42 yaşı var. Sara pivəxana işlədir.

İddialara görə, o, qonşularının azyaşlı müsəlman qızını gördükdə onu incidib və küçə söyüşləri söyüb.

Darrenin qohumlarından ifadə alınıb. Onlar ifadələrində bildiriblər ki, Darrendən belə bir hərəkət gözləməzdilər.

Milli.Az Darrenin və xanımının fotolarını təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR