Azərbaycanda avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkar olunub

Azərbaycanda avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkar olunub
11:17 20 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerində 2 ədəd bükümdə, ümumi xalis çəkisi 10,97 qram təşkil edən narkotik vasitə - həşiş aşkar edilib.
Yerindəcə aparılan araşdırma zamanı avtobusun sərnişini olan İran vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Vətəndaşla aparılan izahat işləri nəticəsində, avtobusda aşkar edilən narkotik vasitənin ona məxsus olduğu və yoxlama zamanı cibindən çıxardaraq avtobusun yük yerinə atdığı müəyyən edilib.
Bundan başqa, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu zaman vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-avtobusda-xidmeti-itin-tetbiqi-neticesinde-narkotik-vasite-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR