Avropa çempionatında 11 medal qazanan veteran cüdoçular Bakıya qayıdıb

Avropa çempionatında 11 medal qazanan veteran cüdoçular Bakıya qayıdıb
11:22 20 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Xorvatiyanın Zaqreb şəhərində veteranlar arasında keçirilən Avropa çempionatının fərdi və komanda yarışında üst--üstə 11 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər.
“Report”un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiyasa rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, fərdi yarışlarda Azərbaycanın veteran cüdoçuları 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Avropa çempionatının komanda yarışlarında isə milli 30-40 yaş kateqoriyası üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.













Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatinda-11-medal-qazanan-veteran-cudocular-bakiya-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR