Məcburi eniş edən təyyarə Bakıya GƏLİR

Məcburi eniş edən təyyarə Bakıya GƏLİR
11:23 20 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Texniki nasazlıq səbəbindən Şoudu hava limanına məcburi eniş edən təyyarə artıq Bakıya yola salınıb.

Bu barədə Publika.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, hava limanında Çin mühəndisləri təyyarəyə baxış keçirib.

“Təyyarədə heç bir problem aşkarlanmayıb. Sadəcə dünən təyyarəyə havaya qalxanda nasazlıq olması barədə xəbərdarlıq gəlib. Təhlükəsizlik səbəbindən təyyarə eniş edib. Lakin mühəndislərin baxışı zamanı problem olmadığı məlum olub. Bu gün 13:00-da Bakıya eniş etməsi gözlənilir”.

Xatırladaq ki, dünən Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdib.

AZAL-ın təyyarəsi texniki səbəbdən hava limanına qayıtdı

Havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/203256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR