Deputatlar "Əsgərə məktub" kampaniyasına qoşuldu - SƏN DƏ QOŞUL

Deputatlar "Əsgərə məktub" kampaniyasına qoşuldu - SƏN DƏ QOŞUL
11:49 20 İyun 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

 

26 iyun – Silahlı Qüvvələr Günü ilə ilə başladılmış “Əsgərə məktub” kampaniyasına deputatlar da qoşulub.

 

Lent.az xəbər verir ki, deputatlar Qənirə Paşayeva və Fazil Mustafa kampaniya çərçivəsində Azərbaycan əsgərinə məktub yazıblar. Millət vəkillərinin əsgərlərimizə ünvanladığı ürək sözlərini təqdim edirik:

 

Qənirə Paşayevanın məktubu

 

Əsgər!

Sənin hansı evdə, kimin oğlu olaraq doğulman bu an önəm daşımır –

çünki indi sənin evin səngərdi, kazarmadır, əsgər yoldaşlarınla birgə yaratdığın, başınız üzərində müqəddəs bayrağımızın dalğalandığı məkandır, iştirakçısı olduğun mühitdir... Çünki sən indi Vətənin oğlusan!

Əsgər,

Sənin nə peşənin sahibi olduğun maraqlı deyil,

Çünki indi sən ən müqəddəs işi həyata keçirirsən –

VƏTƏN QORUYURSAN, VƏTƏN!

İndi bu Vətənin hər bir anası sənin anan, hər biri qızı sənin namusundur.

Əsgər,

Ayağının altındakı torpaq sənin gücündür, qüdrətindir, andındır, şərəfindir!

Əsgər,

Sən şərəfli və bəlkə ən məsuliyyətli adı daşıyırsan!.. Bu adı bilirsənmi kimlər daşıyıb? –

Mübarizlər, Çingizlər, Muradlar, Naiqlər, Qasımlar, Samirlər, ...

Bəzilərini yaxından tanıyırdım... Hamısınınsa Ruhunu, Yolunu tanıyıram...

Onlar əsgər adını, şərəfini hər şeydən üstün tutdular, əsl əsgər kimi də qəhrəmanlıqla şəhid oldular. Ayağının altındakı torpaqda onların qanı var, əziz əsgər..! Unudulmadılar amma... Unudulmayacaqlar! Bu məktubu da bir zamanlar fəxrlə ƏSGƏR dediyim o dostlarımın adından yazıram...

SƏNƏ GÜVƏNİRİK, ƏSGƏR!

 

Fazil Mustafa isə kampaniyaya video çəkərək qoşulub. O, əsgərlərə yazdığı məktubu videoya çəkərək özünün feysbuk səhifəsində paylaşıb.

 

 

 

Əgər siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olan və məktubunuzu yazın. Məktublarınız 26 iyun Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

 

Qeyd edək ki, bu layihə Mover.az şirkətinə məxsusdur. Şirkət Türkiyədən Azərbaycana sifarişlərin çatdırılması ilə məşğuldur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR