İlin əvvəlindən Azərbaycanda 30 mindən çox adam işlə təmin edilib

İlin əvvəlindən Azərbaycanda 30 mindən çox adam işlə təmin edilib
11:55 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

2017-ci ilin yanvar-may aylarında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları 31,3 min adamı işlə təmin edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, həmin dövrdə 58 mindən çox adam isə peşəkar hazırlıq və tədris kurslarına göndərilib.

S.Müslümov qeyd edib ki, işə düzəldilən insanların üçdə bir hissəsinə yaxını (10 758 nəfər) Gəncə-Qazax iqtisadi rayonunda işlə təmin edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2768514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR